İlham Əliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkminləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Əliyeva Mədinə Talış qızı

Həsənova Sənübər Abdulqafar qızı

Quliyev Oruc İslam oğlu

Musayeva Xalidə Məmmədəli qızı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31