Azərbaycanda xüsusi təhsil proqramları həyata keçiriləcək
Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçiriləcək.
4 Dekabr 2018 17:56 SiyasətSağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçiriləcək. "Olaylar"ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni "Ümumi təhsil haqqında" qanun layihəsinin 9-cu maddəsində (Ümumi təhsil proqramı (kurikulum) qeyd edilib.
Qanun layihəsinin 9.4-cü maddəsinə görə, ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir. 9.5-ci maddədə isə qeyd edilir ki, ümumi təhsil müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir. 9.6-ci maddəyə əsasən sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçirilir. Həmçinin, 9.7-ci maddəyə qeyd edilir ki, inkluziv ümumi təhsili həyata keçirən ümumi təhsil müəssisələri müvafiq imtiyazlarla (əmək haqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.