Deputat: “Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur”
Millət vəkili defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib.
4 Dekabr 2018 17:16 SiyasətMillət vəkili defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib. "Olaylar"ın məlumatına görə, millət vəkili Kamilə Əliyeva Milli Məclisin (MM) Elm və təhsil komitəsinindekabrın 4-də keçirilən iclasında "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, ölkədə defektloq kimi işləyənlərin, fəaliyyət göstərənlərin çoxunun bu sahəyə aidiyyəti yoxdur: "Onların çoxunun defektoloqluqdan xəbərləri, anlayışları belə yoxdur. Haradasa gedib 5 ay, 6 ay kurs keçib, sertifikat alıb gəlirlər və deyirlər ki, biz defektoloquq. Bu, düzgün deyil. Bu məsələdə ciddi nizam-intizam olmalıdır. Bu, elə-belə peşə deyil. Bununla kimsə özfəaliyyət şəklində məşğul ola bilməz. Bununla məhz ixtisaslı şəxslər məşğul olmalıdırlar. Odur ki, müzakirəsini apardığımız qanun layihəsində də bu məsələ çox ciddi şəkildə öz əksini tapmalıdır".