Deputat: “Təhsil Azərbaycan dilində olmalıdır”

"İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?" "Olaylar" Bunu Elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.Deputat rus dilinə qarşı olmadığını qeyd edib: "Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31