"Onlar 100 avrodan ötrü bir-birinin boğazını üzməyə hazırdırlar"

"Artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələrinin bir-birinə qarşı ifşaedici açıqlamalar verməsi bir daha göstərdi ki, onların mübarizəsi ideologiya mübarizəsi deyil, əksinə pul mübarizəsidir". Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, onlara ayrılan qrantdan hər biri daha çox qopartmağa çalışır: "Buradan sual doğur ki, bəs o pulun mənbəyi haradandır? Sifarişçilər kimdir? Onlara istiqamət göstərən və onları Azərbaycana qarşı aqressiv, çirkin kampaniya aparmaq istəyən niyə görünmür? Aydın məsələdir ki, bu gün Azərbaycanın dövlətçilik inkişafında qazandığı nailiyyətlər məhz həmin o "liderlər"in təmsil etdiyi dairələri narahat edir. Buna görə də bu gün vətənini, milliyini satan insanlar pul üçün hər yola getməyə hazırdırlar. Onların indiyə qədər də apardığı çirkin söyüş kampaniyasının Azərbaycanda hər hansı bir əks-sədası, hər hansı bir dəstəyi olmurdu.

Azərbaycan vətəndaşları öz Vətənlərini sevirlər və kimlərinsə onlara Azərbaycana sevgini göstərmək öyrətməsinə heç bir ehtiyac yoxdur. Hansı ki həmin o şəxslər pul müqabilində öz vətənlərini, soylarını söyməyə hazırdırlar. Onlar ya Azərbaycanda cinayət törətmiş insanlardır, ya da öz şəxsiyyətlərini eşitdirmiş insandır. Bu gün məlum olur ki, 100 avrodan ötrü onlar bir-birinin boğazını üzməyə belə hazırdırlar. Bu bir daha göstərir ki, Azərbaycana qarşı çirkin kampaniyada həmişə özünün şəxsiyyətini itirmiş insanlardan istifadə etməyə çalışırlar. Azərbaycanı isə onun dəyərli övladları, vətəndaşları həmişə qoruyub və qoruyacaqdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31