“Artıq “mühacir”lər bir-birilərini ifşa edirlər”
29 Noyabr 2018 17:29 Siyasət"Onları danışdıranların olması fakt idi, təbii ki, maliyyə vəsaiti qarşılığında". Bunu "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Onun sözlərinə görə, indi isə, məlum olur ki, ayrılan qrantdan biri digərinə atıb: "Bu da tərəflər arasında qarşıdurma yaradıb. Bəlkə də artıq maliyyə kəsildiyi üçün aralarında narazılıqlar yaranıb və bunu açıq müstəvidə sosial şəbəkələrdə müzakirə edirlər. Bununla onlar kimlərinsə ayırdığı vəsaitlər hesabına çalışdıqlarını açıq şəkildə etiraf edirlər. İndi artıq "mühacir"lər özləri-özlərini ifşa edirlər. Qarşıdurma hələ ki, sosial şəbəkələr vasitəsi ilə bir-birlərini sərt formada ittiham etmələri ilə müşayət olunur. Vəziyyətin gərginləşəcəyi ehtimal olunur. Bu bir daha göstərir ki, xarici antimilli şəbəkə "söyüş qrupu" adlandırılan ünsürlərdən bir vasitə kimi istifadə edirlər. Bəzi mühacirlərin qarşısında, Azərbaycandakı ictimai siyasi sabitliyi pozmaq, insanlar arasındakı münasibətləri gərginləşdirmək, milli mentalitetimizə zidd ifadələri siyasi arenaya gətirmək kimi bir tapşırıqlar qoyulub. Avropadakı "söyüş qrupu" xarici maraqlı dairələrin sorğu-sualsız, tərəddüdsüz olaraq tərtib etdikləri layihənin icraçısı idilər. Amma bu cür anormal yollarla, metodlarla Azərbaycandakı ictimai siyasi proseslərə təsir etmək və burada gərginlik yaratmaq mümkün deyil. Ölkəmizdə xalq-iqtidar birliyi və möhkəm əsaslara söykənən sabitlik mövcuddur. Fakt budur ki, Azərbaycan ictimaiyyəti bu layihənin icrası başlayan zamandan buna sərt etirazını bildirdilər. Bu gündə eyni mövqedədirlər".
sia