"Emissarları maliyyələşdirənləri ifşa etməliyik"
“Xaricdə bir qrup emissarlar var ki, onlar ölkəmizin əleyhinə çıxış edir, qarayaxma kampaniyası aparmağa cəhd edirlər. Çünki, ölkə daxilində Azərbaycanın əleyhinə danışmaqla qanunlar qarşısında cavab verməlidirlər”. Bu fikirləri “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
29 Noyabr 2018 16:17 Siyasət"Xaricdə bir qrup emissarlar var ki, onlar ölkəmizin əleyhinə çıxış edir, qarayaxma kampaniyası aparmağa cəhd edirlər. Çünki, ölkə daxilində Azərbaycanın əleyhinə danışmaqla qanunlar qarşısında cavab verməlidirlər". Bu fikirləri "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
O bildirib ki, artıq Azərbaycan dövləti ölkəmizə bu məqsədlərlə göndərilən pulların qarşını alıb: "Belə olan halda, donor təşkilatlar vasitəsilə emisarlar maliyyə əldə etmək üçün xarici ölkələrə göndərilərək Azərbaycanın əleyhinə çıxış etmək missiyasını həyata keçirirlər. Təəssüf ki, xaricdə ölkəmizə qarşı fəaliyyət göstərən şəbəkə onlara qrant ayıranların adlarını çəkmirlər. Onların arasında erməni donorlarının olacağı istisna edilmir".
Y.Oğuz söyləyib ki, bütün bunlara baxmayaraq, şəbəkə arasında olan pul davası onların iç üzünü aşkara çıxarmış oldu: "Çünki, emissarlara buradan göndəriləndə deyilmişdi ki, siz yaxşı pul alacaqsınız bizə də göndərərsiniz. Amma onlar bu məsələdə də bir-birilərinə kələk gələrək, nəticə etibarı ifşa oldular".
Baş redaktor söyləyib ki, indiyədək sözügedən şəbəkənin müəyyən dairələrin maliyyəsi əsasında fəaliyyət göstərməsi haqqında dəfələrlə fikirlər səslənməsinə baxmayaraq, onlar buna etiraz edib, şər atıldığını bildirirdilər: "Nəhayət öz dilləri ilə etiraf etdilər ki, Azərbaycan əleyhinə fəaliyyətin arxasında Bakıda oturub onlara informasiya ötürən donorlar dayanır və onlar məhz həmin donorların istəyini yerinə yetirirlər. Onların dini, inamı həmin pulların üzərində qurulduğu üçün, maliyyə davası nəticə etibarı ilə iç üzlər aşkara çıxdı".
Y.Oğuz qeyd edib ki, onlar Azərbaycanı satmaq naminə də olsa, hətta "təkədən pendir tutub" onu satarlar: "Belə şəxslər üçün Azərbaycan yoxdur, sadəcə ortada maliyyə marağı var. Bu maraq əlbəttə ki, donorlardadır. Bu baxımdan düşünürəm ki, Bakıda oturub donorluq fəaliyyəti ilə məşğul olanlar ifşa olunmalıdır. Buradan kimlərin onlarla əlaqə saxladığını müəyyənləşdirməli, ölkəmizə qarşı kimlərin fəaliyyətdə olduğunu aşkara çıxarmalıyıq".
SİA