Avropadakı “demokratların” qrant savaşı

Və ya dava yorğan davasıymış Uzun illərdir əbəs yerə deyilmir ki, demokratiya, insan hüquq və azadlıqları deyə bar=bar bağıran radikal siyasi düşərgə və onların Avropadakı əlaltılarını əslində qeyd edilən prinsiplər deyil, məhz qrant, xaricdəki antiAzərbaycan qüvvələrdən alınan maliyyə dəstəyi düşündürür. Yaxın tariximizdə bir neçə dəfə bunun əyani şahidinə çevrilmişik. Uzun illər eyni cəbhədə hakimiyyətə qarşı qərəzli mübarizə aparan, ölkənin inkişafını gözü götürməyən, bu inkişafa mane olmağa çalışan radikal siyasi partiyalar məhz xaricdən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün ayrılan qrantları ata malı kimi bölə bilmədiklərindən bir-birindən incik düşüb, bir-birinə qarşı sosial şəbəkələr üzərindən çirkin kampaniya həyata keçiriblər.

Və ya dava yorğan davasıymış

Uzun illərdir əbəs yerə deyilmir ki, demokratiya, insan hüquq və azadlıqları deyə bar=bar bağıran radikal siyasi düşərgə və onların Avropadakı əlaltılarını əslində qeyd edilən prinsiplər deyil, məhz qrant, xaricdəki antiAzərbaycan qüvvələrdən alınan maliyyə dəstəyi düşündürür. Yaxın tariximizdə bir neçə dəfə bunun əyani şahidinə çevrilmişik.  Uzun illər eyni cəbhədə hakimiyyətə qarşı qərəzli mübarizə aparan, ölkənin inkişafını gözü götürməyən, bu inkişafa mane olmağa çalışan radikal siyasi partiyalar məhz xaricdən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün ayrılan qrantları ata malı kimi bölə bilmədiklərindən bir-birindən incik düşüb, bir-birinə qarşı sosial şəbəkələr üzərindən çirkin kampaniya həyata keçiriblər.

Radikal siyasi düşərgənin ortaya qoyduğu bu "örnək" davranış indi də Avropaya sirayət edib. Daha dəqiq desək Avropada adlarını demokrat qoyub. əslində isə Azərbaycanın imicinə zərbə vurmaq, ona ləkə yaxmaqla məşğul olan məlum qrup arasında qrant davası başlayıb.  Məşhur el məsəlində deyilən "Anası gəzən ağacı balası budaq-budaq gəzər" fikirləri bu gün Avropada bir-biri ilə qrant davası edən "demokratlar"  üçün keçərlidir. Bir vaxtlar lider hesab etdikləri radikal siyasi partiyaların rəhbərlərindən götürdükləri "örnəyi" bu gün avropalı "demokratlar" bir-birilərinə qarşı tətbiq edirlər. Necə ki, bunu Məhəmməd Mirzəli və Tural Sadıqlının timsalında aydın şəkildə görürük.  Belə ki, Məhəmməd Mirzəlinin sosial şəbəkədə yazıdlqlarından anlaşılır ki, Azərbaycan əleyhinə həyata keçirdikləri fəaliyyəti əslində qarnt qarşılığında ediblər. Lakin nə alınan qrantın miqdarı, nə də onun hansı təşkilat tərəfindən ayrıldığı barədə antiAzərbaycan faəliyyətinin iştirakçılarına ətraflı məlumat verilməyib. Ölkəmiz əleyhinə nəzərədə tutulan fəaliyyətlər üçün ayrılmış qrant isə Avropadakı mühacirlərin Əli Kərimlisi rolunu oynayan Tural Sadıqlı mənimsəyib. Hər halda Məhəmməd Mirzəlinin fikirlərindən belə anlaşılır. Mirzəlinin yazıdıqlarından anlaşılır ki, Tural Sadıqlının mənimsədiyi qrantın məbləği kifayət qədər böyükdür və təxminən 80 min avrodan söhbət gedir. Tural Sadıqlı da Əli Kərimli xislətinə uyğun olaraq həmin 80 min avronu dədə malı kimi mənimsəyərək ətrafına topladığı "demokratları" 100 avro ilə yola verib. Və beləliklə də Avropadakı antiAzərbaycan şəbəkə arasında pul davasına start verilib. Elə Məhəmməd Mirzəli də bunu açıq şəkildə etiraf edib: "Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın".  Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib.

Sosial şəbəkədə avropalı mühacirlərin bir-birinə qarşı verdiyi açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və.ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetiriblər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.

Burada məsələnin digər tərəfi də maraqlıdır və sual doğurur. Görəsən Avropadakı antiAzərbaycan şəbəkəsinə qrant ayıran təşkilat və ya qurum hansıdır və nə səbəbdən həmin təşkilatın adı açıqlanmır? Əslində sualın cavabı aydındır. Avropadakı "demokratlara" qrant ayıranlar qoca qitənin müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarıdır. Elə bu səbəbdən də Tural Sadıqlı qrantı hansı təşkilatdan alıdqlarını açıqlamır. Özləri də demokratiya. Söz azadlığından bəhs edirlər. Demokratiya və söz azadlığından söz düşmüşkən, adı çəkilən şəxslər bir birinin tənqidi, qınağına belə dözümlü yanaşa bilmirlər. Elə bu səbəbdəndir ki,  Məhəmməd Mirzəlinin şikayəti əsasında "youtube"də "Azad söz" səhifəsindən şikayət edilib və səhifə bağlanıb. Bu da demokratiya və azad sözdən bəhs edənlərin bu prinsiplərə verdiyi dəyər, qiymət.

Bürün bunlar onu deməyə əsas verir ki, əslində Avropadakı "demokratları" bu günə qədər birləşdirən yalnız bir məqsəd olub. Xarici təşkilatlardan, erməni lobbisindən qrant alıb Azərbaycan əleyhinə fəaliyyət göstərmək. Bir sözlə Molla Nəsrəddin demiş, dava yorğan davasıymış

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31