Üzeyir Hacıbəyov, Əhməd Cavad zirvələrinin ətəyinə belə yaxın düşə bilməyənlər......

Bu gün bu millətə siyasi-idioloji dərs keçib, yol göstərirlər

Müntəzəm olaraq bəzi fərdlər, ayrı-ayrı şəxslər, siyasilər, hətta cəmiyyət tərəfindən müəyyən etimad göstərilən adamlar tərəfindən dövlətçiliyimizi hədəf alan fikirlər səsləndirilir, milli atributlarımız barədə xoş olmayan fikirlər söylənilir. Təəssüf və təəccüb doğuran məqamlardan biri ondan ibarətdir ki, bəzən bu kimi cəmiyyətdə qıcıq doğuran fikirlər Milli Azadlıq Hərəkatının şinelindən çıxmış şəxslər gündəmə gətirilir. Necə ki, bu günlərdə millət vəkili Tahir Kərimli tərəfindən bu cür əsassız və milli atrubutumuza görmətsizliyi özündə əsk etdirən fikirlər səsləndirildi. Belə ki, Tahir Kərimli iddia etdi ki, himnimizin sözləri uzundur və bir növ mərsiyə xarakteri daşıyır. Ona görə də himnin sözlərini qısaltmaq və ona xoş ovqat qatmalıyıq.

Millət vəkilinin səsləndirdiyi fikirlər kifayət qədər əsassız və absurd olduğu üçün cəmiyyətdə birmənalı olaraq etirazla qarşılandı. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər Tahir Kərimliyə öz haqlı iradlarını bildirdilər. Hətta Tahir Kərimlinin həmkarları belə millət vəkilinin himnimizlə bağlı söylədiyi fikirlərlə razılaşmadılar. Elə Yeni Azərbaycan Partiyasından millət vəkili seçilmiş Aydın Mirzəzadə də bu qənaətdədir. O, bildirib ki, bu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi: "Bu təkliflə razılaşmıram. Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir. Hər bir xalqın tarixində müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz, onlar qorunub saxlanmalıdır. Himnimizin mətnində Vətən, torpaq, hüquq və əsgər sözləri var ki, hansılar ki, həmişə aktualdır". Mətnin uzunluğuna gəldikdə isə millət vəkili Aydın Mirzəzadə deyib ki, Yunanıstan himnində 158 sətir var, Argentina himni 9, Salvador himninin isə 8 bəndi var: "Azərbaycan himni isə 4 bənddən ibarətdir. Ən qədim himn isə Niderlandındır ki. 1574 - ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənmişdi".

Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli də Tahr Kərimlinin məlum fikirlərinə ksəkin etirazını ifadə edib. O, bildirib ki, Azərbaycanın Dövlət himni ilə bağlı ayrı-ayrı vaxtlarda yersiz müzakirələr açılıb və milli dəyərlərimizi hədəf götürən bəziləri Dövlət himnimiz haqqında da xoşagəlməz fikirlər bildiriblər. DAK rəsmisi təəssüf hissi ilə qeyd edib ki, bu xoş olmuyan ifadələr parlamentimizdə bəzi millət vəkilləri tərəfindən də səsləndirilməkdədir: "Bu günlərdə Milli Məclisdə "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətnin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı millət vəkili Tahir Kərimli tərəfindən himnimizi aşağılıyan ifadələr işlənilib. O, Dövlət himninin sözlərini və musiqisini mərsiyəyə bənzədib. Eyni zamanda himnin uzun olduğunu və qısaldılmasını təklif edib. Onun iddiasına görə himnimiz 4 dəqiqədir və bu yorucudur. Digər dövlətlərin himnlərinin 2, 2.5 dəqiqə olduğunu və buna görə də biz də himnimizi qısaltmalıyıq: ideyası ilə deputat Kərimli çıxış edib.
Əvvəla bu deputatın nəzərinə çatdırmaq isdəyirəm ki, himnimiz 4 dəqiqə deyil 2 dəqiqə 13 saniyədir. Misall üçün Rusiya Federasiyasının himni 3.46 saniyə, Fransanın Dövlət himni 5.20 saniyədir.
Sən əvvəla bilməlisən ki, dövlətlərin himnləri dünya praktikası ilə deyil, hər millətin milli azadlıq məfkurəsi ilə yazılır. Daha sonrası parlamentində əyləşdiyin ölkənin himninin dəqiqəsi haqqında məlumatsız olmağın bir yana, sən dediyin o 4 dəqiqəni də ayaq üsdə durmağı bacarmırsansa niyə yaxanda o nişanı gəzdirirsən? Təəssüflər olsun ki, Üzeyir Hacıbəyov, Əhməd Cavad zirvələrinin ətəyinə belə yaxın düşə bilməyənlər bu gün bu millətə siyasi-idioloji dərs keçib, yol göstərirlər. Yüzlərlə problem bu deputatın gözünə görsənməyib Dövlət himnimdə qüsur axtarır. Cumhuriyyətdən bizə miras qalan Dövlət himnimizə, Milli atributlarımıza kiminsə dil uzatmağına imkan verilməməliyik"

Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov deyib ki, himnimizi təftiş etmək istəyənlərə qarşı təhqir tipli yazıları alqışlamır: "Bununla belə bu mövzu ilə daha bir fikrimi bölüşürəm. Bu məntiqlə (himnin mətninin uzun və mürəkkəb olması səsəbindən redaktə olunması və qısaldılması təklifi) Qız Qalasının dar, dolanbac pilləkənlərini söküb yerinə lift quraşdırmaq olar. Çünki müasir dövrün tikinti tələblərinə cavab vermir. Himn abidədir. Abidənin konstruksiyası müasir tələblərə cavab verməsə belə ona toxunmazlar. Çünki abidədir. Bu baxımdan hörmətli deputatların və digər ictimai xadimlərin himnimizlə bağlı dedikləri həqiqət olsa belə ona toxunmaq olamaz. Bir daha tövsiyə edirəm ki, başqa xalqların himnlərinin mətni ilə tanış olsunlar, xüsusilə Marselyoza ilə".

Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, himn məsələsinin gündəmə gətirilməsi, bu işin Elçibəy komandasının üzvü vasitəsilə dövriyyəyə buraxılması ciddi ideoloji məsələdir. Onun sözlərinə görə, hadisəni Rəsulzadə irsinə növbəti hücum kimi qiymətləndirmək lazımdır: "Məsələni geniş analiz etmək istəmirəm. Mövcud himnimizin müəllifləri 2 nəhəng şəxsiyyətdir: Üzeyir Hacıbəyov və Əhməd Cavad. Bu 2 düha Azərbaycan ictimai fikrinin şəksiz sütunu və fədailəridir. Dövlətimizin bərpası zamanı, özümüzü bu 2 şəxsiyyətin də quruculuğunda iştirak etdiyi Respublikanın varisi elan etmişik. Axı himn adi musiqi parçası, sənət əsəri deyil. Bu nümunənin ideoloji tutumu olmalıdır. İstisna da etmirəm ki, yaradıcılıq baxımından müasirlərdən kimsə buna bərabər şer və musiqi yaratsın. Amma bu əsərin hansı ideoloji tutumu olacaq? Müasir şair və bəstəkarlardan neçəsi millət və məfkurə yolunda gözlərinin ovulmasına razılıq verər? Kimi milli mədəniyyətə xidmət dərəcəsinə görə Hacıbəyovla yan-yana qoymaq olar? Vallah ayıbdır. Himni gündə dəyişməzlər. O kişilərin ruhunu narahat etməyin. Arzuladıqlarını görə, edə bilmirik, xatirələrini incitməyək barı. Daşının bu lazımsız fikirdən".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31