“Muğam aləmi” VII-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
05:39 Mədəniyyətİyunun 17-də Heydər Əliyev Sarayında "Muğam aləmi" 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutub.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən açılış mərasimi "Bayatı" konsert-tamaşası ilə reallaşıb.
Festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edir.
Qeyd edək ki, 17-22 iyun tarixlərində keçiriləcək "Muğam aləmi" 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Ağdamda təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31