Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet — VİDEO
16 Oktyabr 2018 10:35 SiyasətTürkiyənin "Haber Global" telekanalı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin başçısı postundakı 15 illik fəaliyyəti ilə bağlı süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, ölkəmizin nailiyyətlərini təsvir etmək üçün 2003 və 2018-ci illəri müqayisə edən telekanal qeyd edib ki, İlham Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən inkişaf strategiyasını yaradıcı şəkildə davam etdirir və Azərbaycanı regionun güclü ölkələrindən birinə çevirib.
Belə ki, "Haber Global" Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artmasına diqqət çəkib.
Azərbaycanda valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb.
Enerji sahəsində nailiyyətlər vurğulanır, artıq həyata keçirilən böyük enerji layihələri qeyd edilir: Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (2006-cı il) və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri (2007-ci il).