Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb. 

XİN-dən verilən məlumata görə, görüş "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub. 

Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31