ABŞ rəsmisi Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31