“Zaman Ermənistanın ziyanına işləyir" - MÖVQE
15 Oktyabr 2018 16:03 Siyasət"Bir neçə gün bundan öncə Yerevanda Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci zirvə görüşü çərçivəsində bir sıra dövlət və hökumət başçıları toplaşdı. Post-sovet ölkələrindən sammitdə Moldova və Ermənistan təmsil olunub".
Sammitə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov siyasi proseslərin Ermənistanın ziyanına olduğunu deyib:
"Ermənistanın yeni rəhbərliyi bir sıra ölkə başçılarının Yerevana toplanmasını siyasi güc kimi xalqa sırımağa çalışır. Amma əslində vəziyyət daha acınacaqlıdır. Bu sammit hər dəfə bir ölkədə reallaşır. Bu dəfə də Yerevanda baş tutdu. Bundan da üstü zirvə sammitləri ildə azı bir neçə dəfə Bakıda keçirilir.
Məsələ burasındadır ki, Paşinyan sadəcə şou göstərməklə məşğuldur. İndi sadə ermənilərin vəziyyəti əvvəlkindəndən də betərdi. Paşinyan pafoslu çağırışları ilə xalqı bir müddət əlində saxlaya biləcək. İnsanların evində sonuncu qida bitəndən sonra Paşinyan gəldiyi kimi də gedəcək, bəlkə də daha betər. Amma dünya Dağlıq Qarabağı Azərbaycan torpaqları kimi tanıyır, eyni zamanda, Yerevana səfər edən rəsmilərin sosial media üzərindəki hesablarına yüzlərlə azərbaycanlı gənc öz etirazını bildirib. Bütün bunlar bir daha Ermənistanı çıxılmaz vəziyyətdə qoydu. Hər bir halda Paşinyan papağını qabağına qoyub düşünməlidir: ya torpaqları qaytarıb erməniləri iqtisadi blokadadan çıxarmalıdır, ya da pafoflu çıxışlarla ac erməniləri bir müddət yola verib hakimiyyətdən qovulmalıdır".
sia