Deputatlarımız İsveçrəyə səfər ediblər
15 Oktyabr 2018 15:52 SiyasətMilli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat Kamran Bayramov Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak etmək üçün İsveçrəyə səfər ediblər. MM-dən "Olaylar"a bildirilib ki, Cenevrə şəhərində keçirilən toplantıda "Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu" mövzusunda müzakirələr aparılır. Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları, Sülh və beynəlxalq təhlükəsizlik, BMT məsələləri üzrə daimi komitələrinin iclasları və debatlar keçiriləcək. Burada Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun Parlamentlərarası Assambleya İttifaqının baş katibi Martin Çunkonqla görüşü də nəzərdə tutulub. Səfər zamanı Gənc Parlamentarilərin Forumu keçiriləcək. Deputatımız Kamran Bayramov forumda iştirak edəcək. Səfər oktyabrın 17-də başa çatacaq.