Kremlin Paşinyana qarşı yeni planı

Ermənistanda sular heç də durulmur. Hakimiyyət çevrilişi baş verən gündən indiyə qədər mövcud olan ictimai-siyasi sabitsizlik inqilabçı baş nazir Nikol Paşinyanın hakimiyyəti tamamilə ələ keçirmək planlarını demək olar ki, alt-üst edir. Hələ də hakimiyyətin müxtəlif strukturlarında Sərkisyan-Köçəryan cütlüyünün adamlarının təmsil olunması, parlamentdə devirilmiş prezidenti Serj Sərkisyanın partiyasının üstün mövqeyə malik olması Paşinyanı çətin vəziyyətə salır. Baş nazirin Sərkisyan-Köçəryan cütlüyünün daha çox dayaq nöqtəsi sayılan Qarabağ klanına qarşı təzyiqləri isə daxildə olduğu kimi xaricdə də əks reaksiya doğurur. Çünki Qarabağ klanının üzdə olan əsas siyasi fiqruları məhz Kremlə bağlı adamlar sayılır. Nikol Paşinyanın Rusiyanın adamlarını cəzalandırması isə şimal qonşumuzda heç də xoş qarşılanmır və müntəzəm olaraq İrəvana qarşı ağıllı davranmaq kimi mesajlar verilir. Ancaq görünən odur ki, inqilabçı baş  nazir də hələlik Rusiyanın qarşısında əyilmək və Moskvanın maraqlarına tam mənada cavab vermək niyyətində deyil. Əgər belə olmasaydı Nikol Paşinyan Qarabağ klanına, eləcə də Sərkisyan-Köçəryan cütlüyünə qarşı təzyiqlərə ara verərdi.

Ancaq Nikol Paşinyanın inadı və Kremlə qarşı dirəniş göstərməsi heç də baş nazirinin xeyrinə olmaya bilər. Çünki Kreml də öz növbəsində Paşinyandan cana doyub desək yanılmarıq və görünən odur ki, Rusiya Ermənstanda keçiriləcək parlament seçkilərində Paşinyana qarşı ciddi rəqib çıxarmaqla onun hakimiyyətinə son qoymaq istəyir. Bəs görəsən Kreml Ermənistanda özünə yaxın olan siyasi fiqur olaraq kimi görür? Ekspertlərin bu məsələ ilə bağlı fikirləri müxtəlifdir. Ancaq ən çox ehtimal edilən versiyalardan biri hazırkı prezident, Serk Sərkisyanın xələfi Armen Səkisyanla bağlıdır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Ermənistan prezidenti Armen Sərkisyanın Rusiyaya seçkilər öncəsi gizli səfəri müəmmalıdır və bu Rusiyanın yeni liderə stavkasına hesablana bilər. Politoloqun sözlərinə görə, Ermənistanda davam edən gərgin siyasi atmosfer Kremli yeni politik addımlar atmağa sövq edir: "Baş nazir Nikol Paşinyanın gözlənilmədən dekabrda növbədənkənar parlament seçkilərini elan etməsi, Kremli və Qarabağ klanını hazırlıqsız yaxalayıb. Sabiq prezidentlər- Robert Köçəryan və Serj Sərkisyan tandemi gələn il seçkilərə hazırlıq görürdülər. Onlar ümid edirdilər ki, gələn il keçiriləcək seçkilərə kimi toparlanıb, Rusiyanın dəstəyi ilə əks-inqilab edib, yenidən hakimiyyəti ələ alacaqlar". Məhəmməd Əsədullazadə deyib ki, Rusiya kompleks tədbirlər görmək və yeni plan hazırlamaq üçün prezident Armen Sarkisyanın Moskvaya çağırıb: 2Bu Nikol Paşinyana qarş Kremlin yeni ssneriyə başlayacağından xəbər verir. Dekabrda gözlənilən seçkilərdə Rusiyanın əsas dayağı olan Serj Sərkisyan və onun Respublikaçılar Partiyasının parlament hakimiyyətinə son qoyulması, Moskvanı narahat edir. Ona görə də Kreml artıq hərəkətə keçib. Bunu açıq müstəvidə etmir ki, bu həssas məqamda ermənilər yenidən küçələrə çıxa bilərlər".

Məhəmməd Əsədullazadə deyib ki, prezident Armen Sarkisyan köhnə komandanın üzvüdür və Rusiyanın razılğı ilə sabiq prezident Serj Sərkisyan onu prezident postuna gətirib: "Rusiyanın hazırda danışacağı və onunla hər hansı siyasi ittifaqa girəcəyi məhz rəsmi şəxs Armen Sarkisyandır. Kreml, prezidentin səlahiyyətlərini artırmaq üçün Armen Sarkisyana təlimatlar verəcək.  Məhz Armen Sarkisyan da dəfələrlə prezident səlahiyyətlərinin artırlması üçün çıxış edib. Kreml sükutu pozmadan prezident Armen Sarkisyanın əli ilə Qarabağ klanını toparlamaqla, Paşinyana qarşı əks-inqilab üçün zəmin hazırlamağa çalışacaq. Hazırda Nikol Paşinyanın prezidentlə soyuq əlaqələri var. Mümükündür ki, parlamentdə üstünlüyü Paşinyan ələ aldıqdan sonra, Serj Sarkisyanın adamı və Rusiyanın etmad göstərdiyi prezident Armen Sarkisyanı öz kürsüsündən uzaqlaşdırsın.  Bundan sonra Rusiyanın öz adamını prezident postuna gətirməsi reallaşa bilər.  Prezident Armen Sarksiyan da məhz Rusiyanın dəstəyinə arxalanaraq, öz postunu rahatlıqla Nikol  Paşinyana təhvil verməycək. Prezidentə müxalifətdə olan Qarabağ klanı da dəstək verəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31