Deputatlarımız Rusiya parlamentinin sədrinə müraciət hazırlayıblar
12 Oktyabr 2018 14:57 SiyasətMilli Məclisin deputatlarının oktaybrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.
"Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi".