Ermənistanda siyasi böhran dərinləşir
4 Oktyabr 2018 13:11 SiyasətBu ölkədə hərbi çevrilişin baş verməsi istisna deyil
Ermənistanda aprel hadisələri yenidən təkrarlanır. Təbii ki, söhbət cari ilin aprelində bu ölkədə cərəyan edən siyasi proseslər və həmin siyasi proseslərin nəticəsi olaraq reallaşan hakimiyyət dəyişikliyindən gedir. 5 ay öncə də sadə ermənilər inqilabçı baş nazir Nikol Paşinyanın rəhbərliyi altında küçələrdə idi, indi də. Sadəcə burada fərqli bir neçə məqam var. Əsas məqamlardan biri artıq Paşinyanın geniş xalq kütlələri tərəfindən dəstəklənməməsidir. Bunu baş nazirin çaöırdığı mitinqə təşrif buyuranların sayından açıq sezmək olur. Halbuki cari ilin aprelində Paşinyanın keçirdiyi mitinqlərə on minlərlə insan toplaşırdı. Arada olan fərq baş nazir Nikol Paşinyanın xalq arasında nüfuzunun getdikcə aşağı düşdüyünü sübuta yetirir.
İkinci bir fərq indi Paşinyanın rəqiblərinə qarşı mübarizədə çətinlik çəkməsidir. Əgər 5 ay əvvəl müxalifətin mütləq əksəriyyəti Nikolu dəstəkləyib Sərkisyanı devirmək barədə düşünürdüsə, indi müxalif siyasi qüvvələr üçün Paşinyan hakimiyyəti də qəbuledilməz olub. Bütün bunlar isə baş nazir Nikol Paşinyanın mövqelərini getdikcə zəiflədir və onun hakimiyyət kreslosundan getmək ehtimalını daha da artırır. Təsadüfi deyil ki, ekspertlər də belə düşünürlər. Xüsusilə, Paşinyanın çağırmış olduğu son mitinqə cəmiyyətin az bir hissəsinin dəstək verməsi ekspertlərdə belə qənaət formalaşdırıb. Müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın dünən mitinqdə etdiyi çıxışa diqqətlə baxıb və baş nazirin çıxışından belə aydın olub ki, Paşinyan konkret şəkildə öz tələblərini çatdırıb: "Nikol Paşinyan bildirir ki,chr("39")chr("39")Biz etiraf edirik:Ölkədə önlənməsi gərəkən siyasi böhran var. Franksiya təmsilçiləri də bununla razılaşdılar. Yol hansıdır? Mən ən yaxın günlərdə baş nazir vəzifəsindən istefa verməliyəm. Və ümid edirəm ki, müxalifət vəziyyəti gərginləşdirməyəcək. Onlar baş nazir vəzifəsinə namizədliyi irəli sürə və seçilə bilərlər. Ancaq başa düşməlidirlər ki, bu mənfi reaksiya doğuracaq, ağıllı ssenari olmayacaq. Mən belə hesab edirəm ki, mən istefa versəm onlar da baş nazirliyə namizəd olmayacaqlar və biz payızda növbədənkənar parlament seçkilərinə gedə biləcəyik. İnanıram ki, hər 3 franksiya xalqın ismarıcını qəbul edib baş nazirliyə namizəd irəli sürməyəcəklər". Ermənistan baş naziri daha sonra qeyd edib ki, siyasi vəziyyətin yalnıız bir həll yolu var, o da ölkədə növbədənkənar parlament seçkilərinə getmək: "Bu vətandaşın tələbidirchr("39")chr("39"). Zeynal Əmralıyevin sözlərinə görə, Nikol Paşinyan hökumətin rəhbəri kimi siyasi böhranın movcudluğunu etiraf edir: "Bu onun hökumətinin üzləşdiyi ilk ciddi böhrandır. Artıq buda hər kəsə məlumdur ki, bir neçə günə Paşinyan vəzifədən istefa verəcək. Ancaq konstitutsiyaya görə yeni hökumət qurulana qədər vəzifəsini icra edəcək. Bu müddətdə parlament yeni baş naziri seçməlidir. Paşinyanın qorxduğu da planın bu mərhləsidir. İş elə alına bilər ki, müxaliflər razılığa gəlib içlərindən birini baş nazir seçsinlər və həmin baş nazir tez yeni hökuməti qurub güc tətbiq etməklə etirazları yatırsın. Bunu bir çoxu istisna etsə də, bu ola biləcək hadisədir".
Ekspert onu da bildirib ki, Nikol Paşinyanın orduda nüfuzu yoxdur: "Hazırda orduda siyasilərdən ən nüfuzlu Robert Köçəryandır. Kim deyə bilər ki,chr("39")chr("39")Qarabağ klanıchr("39")chr("39") yenidən hakimiyyəti ələ almayacaq və etirazçıları gülləbaran etməyəcək. Axı onlar bunu 2008-ci ildə də heç çəkinmədən etdilər. Düzdür, Ermənistanda 20 ildir hakimiyyətdə olan klan ölkəni terrorla idarə edirdi. Ancaq heç kəsə də sirr deyil ki, Paşinyan da Ermənistanı uçuruma aparır. Küçədən çiyinlər üzərində taxta çıxarılan bu odlu-alovlu müxalif jurnalistin islahat keçirmək üçün nə konkret proqramı var, nə də lazımi resursları. Xalqın içərisində populyardır, kütlə qarşısında alovlu nitq söyləyir, lap gözəl. Ancaq başında ağlı olan hər kəs də yaxşı bilir ki, dövlət populist çıxışlarla idarə olunmur. Konkret proqram və o proqramı həyata keçirmək üçün imkanlar lazımdır. Nikol Paşinyanın ən böyük problemi zənnimcə Qarabağ olacaq. Azərbaycanla mübahisəni həll etməyə çalışmağa başlamadan ilk öncə Qarabağdakı ermənilərlə mübahisələri həll etməlidir. Çünki bütün aləmə təqdiri-bəyandır ki, Qarabağdakı ermənilər Paşinyanı zərrə qədər də isdəmir. Bako Saakyan isə ona qarşı mübarizə üçün bütün diasporadakı dostlarını səfərbər edib. Buna görə də Paşinyan bu böhrandan sağ-salamat çıxıb yerini rahatlada bilsə belə yenidən bir böhranla üzləşəcək. Xankəndi ilə İrəvan arasındakı o böyük dava qapının ağzındadır. Gözləyir ki, İrəvandakılar bir-birinin qırıb qurtarsın, indi də özü gəlsin. Mənə bir tarixçi kimi ən maraqlı olan isə gələcəkdə tarixçilərin Paşinyanı necə təqdim edəcəyidir. Məncə isə o, öz hakimiyyəti üçün ölkəni odun içərisinə atan biridir. Bir zamanlar erməni gəncləri hakimiyyət üçün siyasilərin düşdüyü bu rəzil durumu görüb onları nifrətlə yad edəcəklər.Bunu dəqiq bilirəm".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası doğrudur: "O, Yerevanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər. Nikol Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi indi yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib indikindən güclü baş nazir olmaq istəyir. Buna baxmayaraq, müxalif qüvvələr də zəif deyillər. Parlamentdəki Respublika Partiyası anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Nikol Paşinyan inqilab vaxtı olduğu kimi tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa rerursu yoxdur. Böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək".
Politoloq qeyd edib ki, Nikol Paşinyanın durumu ağırdır: "Bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var. Üstəgəl Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir, həmçinin adminstrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm. Robert Köçəryan və Serj Sərkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onlar bu işə Paşinyandan narazı generalları da cəlb edə bilərlər. Ancaq Levon Ter-Petropsyandan fərqli olaraq Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq. Biz yaxın aylara görə planlarımızı tutmalıyıq. Ermənistanda bütün seenarilərə hazır olmalı və bundan öz məqsədlərimiz üçün istifadə etməyi bacarmalıyıq".
Süleyman