“Ermənilər xəstə təxəyyüllə bir yana çıxa bilməyəcəklər” - ŞƏRH

"Ümumiyyətlə, ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəkləməsi "böyük Ermənistan" xülyasının tərkib hissəsi olaraq Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının aktuallaşdırılması yeni bir məsələ deyil. Ermənilər "böyük Ermənistan" adlı bir dövlət iddiasındadırlar. Guya ki, üç dəniz arasında - Qara dəniz, Xəzər dənizi və Ağ dəniz arasında bunların "böyük dövlətləri" olub. Amma bu tarixi faktların təhrif olunmasıdır".

Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli bildirib.

Onun sözlərinə görə, tarixdə heç zaman erməni dövləti olmayıb: "Ümumiyyətlə tarixdə mövcud olan "erməni dövləti" Ön Asiyada olub. Çox qısa müddət kəsiyində isə o dövlət fəaliyyət göstərib. O dövlətin də elə yaranmasına romalılar kömək ediblər. Sonradan ermənilərin onlara xəyanət etməsi nəticəsində romalılar həmin dövləti süquta uğradıblar, məhv ediblər. Yəni bu erməni xülyasından başqa bir şey deyil. Nə də bu gün erməni siyasətçiləri xəstə təxəyyüllü insanlardan başqa bir şey deyillər. Onların apardığı bu siyasət erməni xalqını bütünlüklə xəstə xalqa çevirib. Olmayan bir şeyləri həqiqət kimi qələmə vermək, yeni nəsilləri başqa millətlərə, xalqlara düşmən ruhunda böyütmək erməni xislətindən xəbər verir. Bu təbii ki, ermənilərin özünü uçuruma aparan bir amildir.

Axı necə ola bilər ki, ermənilər gəlib bu regionda yerləşiblər. Bunlar hələ də dərk etmirlər ki, onları bu regiona təhkim edən çar Rusiyası olub. İndinin özündə də onlara Rusiya havadarlıq edir. Onlar qonşu xalqlarla düşmənçilik etməkdə davam edirlər. Ermənilər bir tərəfdən Türkiyəyə yalnış və heç bir əsası olmayan "erməni soyqırımı" iddiasındadırlar və Türkiyəyə ərazi iddiasındadırlar. Digər tərəfdən isə bizim torpaqlarımızım 20 faizini işğal ediblər və Qarabağa iddialıdılar. Həmçinin Gürcüstanın tarixi torpaqlarının əhəmiyyətli bir hissəsinə iddia edirlər. Bu onu göstərir ki, ermənilər xəstə təxəyyüllə heç hara gedib çıxa bilməyəcəklər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31