"Qonaqlar ermənilərin dilənçi vəziyyətdə olduğunu görəcək" - MÖVQE

"Ermənistanın paytaxtında Frankafoniya sammitinin keçirilməsi planlaşdırılır. Eyni zamanda Fransa prezidenti Emmanuel Makronun da bu sammitdə iştirakı gözlənilir".

Bunu millət vəkili Elman Nəsirli deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan siyasi təlatümlər yaşayan bir dövlətdir: "Ermənistanın yenidən inqilabi proseslər yaşaması ehtimalı kifayət qədər böyükdür. Hətta belə fikirlər var ki, Ermənistan inqilabın yeni bazasına daxil olur. Bu gün Ermənistandakı inqilabla əks inqilab arasında əsl müharibə başlayır. Bu reallıqlar fonunda sabitliyin, təhlükəsizliyin olmadığı bir ölkədə belə bir sammitin keçirilməsi təbii ki, məntiqdən uzaqdır. Yəqin ki bu sammiti keçirməyi planlaşdıran tərəflər Fransa başda olmaqla Ermənistanda hadisələrin bu cür inkişaf edəcəyini proqnozlaşdıra bilsəydilər, heç Ermənistan paytaxtına bu məqsədlə getməzdilər. Amma indi qərarı dəyişmək imkanları da məhduddur. Heç şübhəsiz ki, Fransada təxminən 500 mindən erməni yaşayır. Onlar Fransanın ictimai-siyasi həyatında kifayət qədər fəaldırlar.

Fransada çox güclü erməni lobbisi, diasporu var. Yəqin ki onların maliyyə imkanları, dəstəyi hesabına Ermənistan belə bir tədbirə ev sahibliyi etmək niyyətinə düşüb. Ancaq bunun başqa bir mənfi tərəfi də var. Mənfi tərəfi odur ki, Ermənistan paytaxtına gələn qonaqlar əslində onun şahidi olacaqlar ki, bu qədər qarışıq, təlatüm içərisində olan, qeyri-stabilliyin hökm sürdüyü bir ölkə kimi təsəvvür edə bilməzdik. Eyni zamanda görəcəklər ki, burada heç bir inkişafdan söhbət getmir və ölkə əhalisi dilənçi vəziyyətindədir. Bu da hesab edirəm ki, indiki informasiya əsrində Ermənistanın əleyhinə işləyən cəhətlərdir".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31