Ermənistanın taleyi artıq parlamentdə deyil, küçələrdə həll olunur - AÇIQLAMA

Ermənistanda siyasi vəziyyət yenədə gərginləşdi. Nikol Paşinyan rəqiblərinə qarşı yeni bir əzələ nümayişinə çıxıb.

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən müstəqil ekspert Zeynal Əmralıyev deyib ki, Paşinyanın tərəfdarları parlamentin giriş-çıxışını bağlayıb deputatları içəri buraxmır: "Paşinyan müxalifətdə olan, parlamentdə çoxluğa malik və Serji Sərkisyanın liderlik etdiyi Respublikaçılar Partiyasının parlament franksiyasının rəhbəri Vaqram Bağdasaryanla görüşü nəticəsiz qaldı.Respublikaçılar növbədənkanar seçkilərə getməkdən imtina etdi. Arxasınca isə çoxluqda olduğu parlamenti toplayaraq chr("39")chr("39")Milli Məclisin reqlamenti haqqındachr("39")chr("39") qanuna dəyişiklik edib. İkinci oxunuşda 67 deputatın dəstəyi ilə qəbul edilən qanun lahiyəsinə görə Milli Məclis baş naziri seçə bilmədikdə və digər fövqəladə hallar zamanı parlamentin buraxılmasını nəzərdə tutan maddəni ləğv edib". Ekspert deyib ki,  bu isə baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərə getmək arzusunun üzərindən xətt çəkir: "Qanunda gücü tükənən hökumət rəhbəri yenə küçəni seçib. Ermənistanın taleyi artıq parlamentdə deyil, küçələrdə həll olunur. Bu isə demokratiya yox,rəsmən zorbalıqdır. İrəvanda parlamnetdə mütləq çoxluqdan məhrum olan bir hökumətin mövcudluğu çox anormal bir vəziyyəti gətirmişdi. Yaxşı olar ki, ya parlament buraxılıb növbədənkənar seçkilərə gedilsin, ya da mövcud hökumət impitiçmen qaydası ilə istefaya göndərilib parlamentdəki çoxluq yeni bir hökuməti qursun. Müxalifət növbədənkanar seçkidən imtina etdi, bu üsyankar parlamentin bir müddət sonra bu hökuməti tarixin dərinliyinə göməyəcəyi naməlumdur.Axı buna qanunda imkan verir. Paşinyan isə hələ də kütlə psixologiyası ilə yaşayır. Hər bir məsələni küçədə həll etmək isdəyir. Bu düşüncə onu hakimiyyətə gətirdi, lakin bu o demək deyil ki, hər dəfə onların dediyi olmalıdır. Ermənistanda isə hazırda savaş gedir:Küçəmi,parlamentmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31