“Azərbaycan-Rusiya münasibətləri geosiyasi baxımdan çox faydalıdır"

"Ümumiyyətlə, son dövrlərdə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər sürətlə inkişaf edir. Təbii ki, bu sevindirici haldır. Çünki Rusiya bizim güclü qonşumuzdur".

Bunu millət vəkili Aytən Mustafayeva deyib.

Deputatın sözlərinə görə, Azərbaycan və Rusiya arasında hər zaman tarixi əlaqələr güclü olub: "İqtisadi cəhətdən isə əlaqələrin daha da inkişafı iki ölkə üçün maraqlıdır və əlverişlidir. Azərbaycan-Rusiya münasibətləri həm də geosiyasi baxımdan da çox faydalıdır. Rusiya-Türkiyə münasibətlərinin istiləşməsində Azərbaycanın böyük rolu olub. Rusiyanın Azərbaycana böyük xeyri və dəstəyi ola bilər. Ümid edirəm ki, bu dəstək nəticəsində biz Dağlıq Qarabağ məsələsinin həllinə də tezliklə nail olarıq. İqtisadi cəhətdən isə əlverişli münasibətlər qurulub və qurulmaqdadır. Şimal-Cənub nəqliyyat dəhlizi, Xəzərin hüquqi statusu ilə bağlı sazişin imzalanması və s. göstərir ki, biz danışıqlar nəticəsində iki dövlətin maraqlarına xidmət edən hansısa bir nəticəyə gələ bilirik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31