Türkiyənin Naxçıvana təyin edilmiş yeni baş konsulu patent sənədini təqdim edib
3 Oktyabr 2018 14:16 SiyasətXarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Respublikasının Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu Mehmet Emin Kirazı qəbul edib. XİN-dən "Olaylar"a verilən məlumata görə, görüş əsnasında Mehmet Emin Kiraz baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib. Pərvin Mirzəzadə baş konsul Mehmet Emin Kiraza gələcək fəaliyyətində uğurlar arzu edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31