Deputatımız Latviyada parlament seçkilərini izləyəcək

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov  oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq, Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək. MM-dən "Olaylar2a verilən məlumata görə, deputatımız öncə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq. Oktyabrın 6-da seçki prosesini müşahidə edəcək, demokratik qaydalara riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına,  vətəndaşların fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31