Deputat: “Ermənilərin xain niyyətləri hər kəsə məlumdur"

"Ermənilərin xain niyyətləri hər kəsə məlumdur. Hətta Ermənistanın yaranması da xainliyin və ərazi iddiaları ilə özlərinə dövlət qurmaqdan irəli gəlib. Məhz onun nəticəsidir ki, Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız məcburi köçkün vəziyyətinə salınıb və Ermənistan monoetnik ölkəyə çevrilib".

Bunu  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı da ermənilərin öz ərazilərini böyütmək siyasətinə uyğun həyata keçirilib: "Ermənilərin ərazi iddiaları təkcə Azərbaycana qarşı deyil. Həm də qonşu ölkələrin ərazilərində də gözləri var və gələcəkdə həmin əraziləri də işğal etmək niyyətlərini özlərində yaşadırlar. Növbəti idda isə Gürcüstana qarşıdır. Ermənilər istəyirlər ki, Ermənistanla bitişik Gürcüstan torpaqları özlərinə birləşdirsinlər. Hətta Tiblisini də Ermənilərin salındığını iddia edirlər və nə vaxtsa qaytaracaqlarına ümüdlüdürlər. Ona görə də Ermənistan XİN Bako Saakyanın dili ilə Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyini və onu pozmağa çalışdığının nümayiş etdirilməsində bir qeyri -adilik yoxdur. Çünki, ermənilər illərlə bu arzularını özlərində yaşadırlar. Məhz ona görə də bu gün Ermənistan blokada şəraitindədir və günü - gündən tənəzzülə uğrayır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31