"Avropa Parlamentinin üzvü erməni lobbiçilik torunun alətinə çevrilib" - MÜNASİBƏT

"Artıq hamıya məlumdur ki, Avropa Parlamentində müvafiq lobbi qrupları fəaliyyət göstərir ki, bu qrupların arasında ən zəngini və güclüsü erməni lobbi qrupudur. Bu baxımdan da Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus öz fikirlərini deyil, erməni diasporunun vəsaitlərinin dili ilə fikirlərini ifadə edir".

Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Avropa Parlamentinin sözügedən üzvünün ölkəmizə qarşı hər zaman separatçılıq mövqe tutduğunu deyən deputat bildirib ki, Eleni Teoxarusun hələ 90-cı illərin əvvəllərindən Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilib və ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "humanitar missiya" fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib.

Onun sözlərinə görə, Eleni Teoxarusun siyasi baxışları bu gündə ölkəmizə qarşı davam etməkdədir: " Bu cür çıxışlar edən və fəaliyyət göstərən Avropa Parlamentinin deputatları mütləq araşdırılmalı, onların konkret olaraq əlaqələri müəyyənləşdirilməli və qeyri-qanunu lobbiçilik ifşa olunmalıdır.

E.Teoxarusun Ermənistan və erməni diaspora təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının hərbi işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də AP çərçivəsində təşviqi fəaliyyəti göz qabağında olduğunu qeyd edən A. Mollazadə vurğulayıb ki, Avropada fəaliyyət göstərən Azərbaycanın diaspora təşkilatları və Avropa Birliyinin qeyri-hökumət təşkilatları bu məsələyə öz diqqətini cəlb etməli bu istiqamətə müvafiq araşdırmalar aparılmalıdır.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31