"Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri alqışlayırlar" - ATƏT-in Minsk qrupu
3 Oktyabr 2018 13:12 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc yolla nizamlanması üçün bütün səylərini alqışlayır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mümkün təsiri barədə sorğuya cavab olaraq ATƏT-dən bildiriblər.
Təşkilatın sorğuya cavabında deyilir: "Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik dəstəyi göstərməyə hazırdırlar".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31