RF İctimai Palatasının üzvü: "Azərbaycan postsovet məkanında rus dilinin qorunmasına daha böyük qayğı göstərir"
3 Oktyabr 2018 13:10 SiyasətAzərbaycan bütün postsovet məkanında rus dilinin qorunmasına və inkişafına böyük qayğı göstərən ölkədir.
Bu sözləri özəl müsahibəsində Puşkin adına Dövlət Rus dili İnstitutunun rektoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü Marqarita Rusetskaya deyib.
O vurğulayıb ki, bunu ilk növbədə Azərbaycanda rus dilinin tədrisi üzrə statistika nümayiş etdirir:
"Azərbaycanda 300-dən çox məktəbdə rus dili tədris olunur, ali məktəblərdə rus dili öyrədilir. Əlbəttə ki bu, yüksək göstəricilərdir, və bu, bizi Rusiyada sevindirməyə bilməz".
Rektor vurğulayıb ki, Azərbaycanda ən etibarlı tərəfdaşlardan biri Azərbaycan Dillər Universitetidir:
"Məhz bu ali tədris müəssisəsi "Puşkin İnstitutu" tərəfdaş şəbəkəsinə qoşulub. Bu il bizim artıq "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq" beynəlxalq elmi konfransı zamanı həmkarlarımızla görüşlərimiz olub. Bundan başqa, biz "Dastanlar mədəni kodlar kimi" tədris proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bu proqram sayəsində Rusiyada və Azərbaycanda rus və Azərbaycan qəhrəmanlıq dastanları əsasında xalqlarımızın mədəni kodu barədə məlumat tədqiq olunacaq".
trend