Erməni deputatlar parlamentə gəlmədi -
3 Oktyabr 2018 11:10 SiyasətErmənistan parlamentinin bugünkü iclası baş tutmaya bilər.Axar.az xəbər verir ki, buna səbəb parlamentdə lazım olan yetərsayın təmin edilməməsidir. Belə ki, Ermənistan parlamentində iclasın baş tutması üçün yetərsay 53 nəfərdir (50+1 faiz), amma hələlik iclasa 41 nəfər qatılıb.
Qeyd edək ki, dünən erməni parlamenti gecə saatlarına qədər Baş nazir Nikol Paşinyanın tərəfdarları tərəfindən mühasirədə saxlanıb. Paşinyanın tərəfadarları deputatları bayıra buraxmayaraq, onlardan MM reqlamenti haqqında qanun düzəlişini ləğv etməyi tələb ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31