"Azərbaycan KTMT-ə qəbul edilməlidir" - Korotçenko

Rusiya KTMT-ni möhkəmləndirməli, Qərb ölkələri, ilk növbədə isə ABŞ-la diplomatik əməkdaşlığın miqyasını azaltmalıdır.

Bu barədə "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko danışıb.

"Postsovet məkanının gücləndirilməsi iki istiqamət üzrə getməlidir. Bunlardan birincisi KTMT-dir. KTMT-ni genişləndirmək lazımdır. Bizim KTMT-ə üzv olmayan MDB ölkələrimiz var. Azərbaycan və Özbəkistanı KTMT-ə qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu, Ermənistanla hərbi qarşıdurma riskini də minimuma endirməyə imkan verəcək. Biz bu gün görürük ki, Paşinyan və Əliyev MDB sammitində danışıblar, hərbi presedentlərin hər hansı bir təhlükəsinin qarşısının alınması üçün qaynar xətt yaradılması barədə razılaşıblar", - Korotçenko bildirib.

Ekspertin sözlərinə görə, hazırda Moldova ilə bağlı vəziyyət bir o qədər yaxşı olmasa da, parlament seçkilərindən sonra bu ölkənin də təşkilata üzvlük məsələsi müsbət məcrada inkişaf edə bilər. Bütün bunlarla yanaşı isə Rusiyanın qarşısında dayanan əsas problem ABŞ-ın postsovet məkanına təsirinin qarşısının alınmasıdır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31