Cənubi Qafqazda münaqişələrin həlli ABŞ üçün prioritet qalmaqdadır

Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında gərginlik hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. İqtisadi sahədə Rusiyanı tamamilə çökdürməyi düşünən Vaşinqton bunun üçün bütün mümkün variantları işə salır. Düzdür, şimal qonşumuz hələlik Birləşmiş Ştatların iqtisadi sanksiyaları qarşısında duruş gətirə bilsə də. lakin snaksiyaların getdikcə sərtləşdirilməsi Moskva üçün yeni-yeni problemlər meydana gətirir. Bu arada iqtisadi sanksiyalarla yanaşı Rusiyaya siyasi və hərbi təzyiqlər də davam etməkdədir. Bu ölkənin Yaxın Şərqdəki maraqlarına zərbə vurmağı, Rusiyanı regiondan çıxarmağı qarşısına məqsəd qoyan Birləşmiş Ştatlar Avropadakı müttəfiqi olan NATO vasitəsilə ona hərbi təzyiqləri artırır. Hərbi Alyansın Rusiya sərhədlərinə doğru sürətli həmləsi də deyilənləri təsdiqləyir. Getdikcə gərginləşən münasibətlər isə Vaşinqtonla Moskva arasında mövcud problemlərin diplomatik yoilla həllini mümkünsüz edir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, dünyanın iki nüvə ölkəsi olan Birləşmiş Ştatlar və Rusiya arasında dərinləşən problemlər iki ölkənin konfliktlərin birgə həllində əməkdaşlığını mümkünsüz edir. Onun sözlərinə görə, Vaşinqtonun Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirməsi, Suriya və Şərqi Avropada hərbi--siyasi toqquşma riskləri hər keçən gün daha da təhlükəli amil almaqdadır: "Ötən ay Helsinkidə Donald Tramp və Vladimir Putin görüşü də iki dövlət arasında artmaqda olan problemlərin həllinə yaşıl işıq yandırmadı. Bu onu göstərir ki, yaxın perspektivdə Kreml və Ağ Evin kompromislərə gedəcəyi görünümür. Çünki, Kremlin xarici siyasətində kardinal dəyişikliklərə əsasən, Rusiya mütləq şəkildə SSRİ dövründə öz beynəlxalq nüfuzunu bərpa etmək planını həyata keçirir. Birləşmiş Ştatlar da Rusiyanın bu planının qarşısını almaq üçün sanksiyalarını genişləndirir. Davam edən problemlər fonunda prezidentlərin Helsinki görüşü kimi, bundan sonrakı mümkün təmasları da nəticəsiz olacaq. Bir məsələni qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi M. Pompeo qeyd edir ki, Rusiya ilə xarici siyasətdə maraqlarımız və dəyərlərimiz fərqlidi. Göründüyü kimi iki ölkənin ümumiyyətlə maraqları və dəyərləri fərqlidirsə, onda regional və beynəlxalq konfliktlərin həlli üçün yaradılan formatlarda iki ölkə necə əməkdaşlıq edər? Suriyada Ağ Ev və Kreml hərbi toqquşma riski ilə üz-üzədir. NATO çətiri altında Şərqi Avropada da, həmçinin. Bundan əlavə, Vaşinqton Rusiyaya qarşı iqtisadi müharibə aparır. Bu iqtisadi müharibə Rusiyanı ciddi şəkildə zəiflədir, milyardlarla vəsait itkisinə məruz qoyur". Politoloq deyir ki, Rusiyanın bu itkiləri onun hər hansı bir müharibədə itirdiklərinə bərabərdi: "Məhz, belə olan təqdirdə Qarabağ konflikti üzrə iki ölkənin Minsk qrupunda birgə fəaliyyəti mümkünsüzdür. Minsk formatı hazırda ölü bir bir format kimi öz mahiyyətini itirib. Bir neçə il bundan əvvəl, iki ölkənin müəyyən məsələlərdə fikirləri üst-üstə düşürdüsə, indi isə, bu qeyri-mümkün hala gəlib. Hazırda Birləşmiş Ştatlar, Rusiya ilə kardinal fikir ayrılıqlarına görə demək olar ki, Qarabağ münaqişəsinin həllində qırağa çəkilib. Qarabağ münaqişəsinin həlli prosesdə Rusiya fəallıq etməyə çalışır. Kremlin irəli sürdüyü şərtlər isə, bu ölkənin Cənubi Qafqazda dayanıqlığını təmin etməkdir.

Qeyd edim ki, ABŞ-ın ölkəmizə səfir təyinatı gecişir. ABŞ səfiri hər bir ölkədə Amerika dövlətinin təmsil olunduğu ölkəyə marağının artmasında mühüm rol oynayır. Bütün ölkələrdə səfirlərin fəaliyyəti ABŞ üçün pioritet təşkil edir. Ona görə də ölkəmizdə ABŞ səfirinin olmaması, Vaşinqyonun bir qədər konfliktin həllində Bakı ilə təmaslarında fasilə yaranıb". Məhəmməd Əsədullazadə hesab edir ki,  Ağ Ev ölkımizə səfir təyinatını Dövlət Departamentinin hərbi məsələlər üzrə işçisinin reallaşdırsa, Vaşinqton və Bakı arasında münaqişənin həllində diplomatik təmasların artmasına gətirib çıxarar: "Əvvəlki səfirlərdən fərqli olaraq, yeni göndərilən səfir regionun geosiyasi şəkilləndirilməsində iştirak edəcək. Hesab edirəm ki, hərbi məsələlər üzrə təyinatlı şəxsin səfir kimi göndərilməsi, ABŞ-ın münaqişənin həllində yeni mərhələyə keçə bilməsi demək olar. Çünki, Cənubi Qafqaza ABŞ diqqəti ayırmaqdadır. Qeyd edim ki, ABŞ Qarabağ münaqişəsini artıq Rusiya ilə birgə həllində maraqlı deyil. Rusiyasız çalışacaq ki, regionda dəyişiliklərə imza atsın. Bunu da region ölkələri ilə əməkdaşlıq çərçivəsində edəcək.  Suriya və Şərqi Avropada problemlərə baxmayaraq, Cənubi Qafqazda münaqişələrin həlli ABŞ üçün prioritet qalmaqdadır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31