Aktau razılaşması regionda sülhə, sabitliyə xidmət edəcək
Mehdi Abdullayev: “Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq” Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi.
14 Avqust 2018 14:23 SiyasətMehdi Abdullayev: "Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq"
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu son ayların, son illərin çox əlamətdar və çox tarixi hadisələrindənn biridir. Həmin gün müasir tariximizə qızıl hərflərlə yazılacaq. M. Abdullayev qeyd edib ki, bu Konvensiyanın baş tutması və imzalanmasında Azərbaycanın və ölkə prezidenti İlham Əliyevin rolu, xidmətləri müstəsnadır, əvəzsizdir. Onun sözlərinə görə, bəlkə də Azərbaycanın və ölkə prezidentinin bu məsələdə aktiv və fəal rolu, iştirakı, siyasi iradəsi və qətiyyəti olmasaydı, Konvensiyanın imzalanması daha bir neçə il çəkərdi: "Məhz ölkəmizin, ölkə prezidentinin fəallığı, iradəsi, səbri və təmkini sayəsində 22 illik danışıqlar prosesi öz müsbət sonucuna çatdı, tarixi imzalanma mərasimi baş tutdu". Eyni zamanda, 2018-ci ilin martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış "Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi" haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıdığını söyləyən M. Abdullayev bildirib ki, danışıqlar prosesi onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi: "Beləliklə, bu ilin mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu". M. Abdullayev sonra vurğulayıb ki, dövlət başçısı mərhum Heydər Əliyevin müəyyən etdiyi balanslı, tarazlaşdırılmış xarici siyasət kursunun Azərbaycan prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir, Azərbaycanın digər ölkələrlə ikitərəfli əlaqələri daha da genişlənir: "Bu baxımdan bir daha hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkünsüz olardı və yaxud daha 22 il çəkərdi. Yəni, bu sənəd ilk növbədə Azərbaycan prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndiriliməlidir. Bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa, qardaşlığa xidmət edir. Bu nöqteyi nəzərdən imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoiqtisadi, həm də geostrateji əhəmiyyəti mövcuddur". M. Abdullayevin dediyinə görə, məlum Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir: "Odur ki, bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur. Yəni, bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən bu sənədin imzalanması, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarı ilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada həm siyasi, həm iqtisadi, humanitar, təhlükəsizlik sahələrində əməkdaşlıqdan söhbət gedir". M. Abdullayev həmçinin deyib ki, Xəzərin statusunun müəyyənləşdirilməsi qədər dibin bölüşdürülməsi də Azərbaycan üçün vacibdir və bu məsələdə İran Azərbaycanla razılığa gəlməlidir: "Hesab edirəm ki, məhz belə də olacaq".
Xatırladaq ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit nəhayətki baş tutdu. Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. Sammitin gündəliyinə üş əsas məsələ daxil edilmişdi :-Su hövzəsinin hüquqi statusu , Xəzərdə əməkdaşlıq , regional və qlobal təhlükəsizlik məsələləri Sammitdə müzakirə mövzusu idi. Bununla yanaşı , iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olaraq , müzakirə mövzularından idi. Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi .Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbətdəki bu , həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var. Əslində, Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə bu hesab olunur. İllərlə davam edən müzakirələr zamanı ən mübahisəli məqam Xəzərin göl və ya dəniz olması ilə bağlı idi. Çünki bu amil onun statusunun müəyyənləşməsində və bölgüsündə həlledici faktor idi. Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edirdi. Bu gün imzalanan Konvensiyaya görə 5 sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılıq əldə etdilər. Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi. Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneə törədirdi.İmzalanmış bu Konvensiyaya görə sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər. Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər.
Alim