Qazaxıstan və Ermənistan ikitərəfli əməkdaşlığı dərinləşdirir

İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan və Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev arasında görüş keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli razılaşmaların effektiv şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətlərdə səylərin davam etdirilməsinin vacibliyini bildiriblər.

Görüş zamanı Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin digər məsələləri və çoxtərəfli platformalarda əməkdaşlıq ətraflı müzakirə edilib. Həmsöhbətlər həmçinin Ermənistan və Qazaxıstan arasında birbaşa müntəzəm uçuşların bərpasını ikitərəfli əlaqələrin inkişafında mühüm amil kimi yüksək qiymətləndiriblər.

Ermənistan və Qazaxıstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədi daşıyan Xarici İşlər nazirlikləri arasında sıx təmasların və əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsi barədə razılıq əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31