“Xalqımız prosesləri diqqətlə izləməli və nəticə çıxarmalıdır” - MÖVQE

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş təxribat xaricdən hazırlanır”. Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş təxribat xaricdən hazırlanır".

Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

"Mən sadəcə olaraq Azərbaycan cəmiyyətinə bir mesaj ünvanlamaq istəyirəm. 1993-cü ildə Azərbaycan xalqı islah qarşısında idi. 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyam nəticəsində Sürət Hüseynovun xarici xidmət orqanlarının təsiri ilə törətdiyi qiyam nəticəsində Azərbaycan xalqı öz müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qalmışdı. Tanrı Azərbaycan xalqını bir imtahan qarşısında qoymuşdu. O dövrdə Ümummilli Lider Heydər Əliyevin hadisələrə müdaxiləsi nəticəsində və hakimiyyətə qayıdışı ilə Azərbaycan bu günə qədər də öz müstəqilliyini qoruyub saxlaya bildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasəti, müdrikliyi nəticəsində Azərbaycanı işğal etmək istəyən rus qoşunlarının qarşısı alındı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyini qorudu, təhlükə yaransa xalq bu səfər kimi çağıracaq? Xalqımız son dərəcə Azərbaycanda baş verən hadisələri diqqətlə izləməlidir ki, Tanrı bizi bir daha o sınaq qarşısında qoymasın", - deyə, N.Orduxanlı fikrini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31