Prezident Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin təsis edilməsi barədə fərman imzalayıb
1 Avqust 2018 11:33 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.
Bundan başqa, "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi" və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31