Arzu Nağıyev: “Dini radikalizmə qarşı müəyyən mübarizə aparılır"

“Hər bir dövlətin milli təhlükəsizliyinə təhdidlər olur. Təbii ki, bu təhdidlərdən biri də dini radikalizmdir. Hətta dini radikalizmi ABŞ-da 2001-ci ilin 11 sentyabr hadisələri olana kimi qəbul etmirdilər. Sonradan isə bu qəbul olunmağa başlandı. Daha sonra isə bu istiqamətdə müəyyən mübarizələr aparılır”. Bunu açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

"Hər bir dövlətin milli təhlükəsizliyinə təhdidlər olur. Təbii ki, bu təhdidlərdən biri də dini radikalizmdir. Hətta dini radikalizmi ABŞ-da 2001-ci ilin 11 sentyabr hadisələri olana kimi qəbul etmirdilər. Sonradan isə bu qəbul olunmağa başlandı. Daha sonra isə bu istiqamətdə müəyyən mübarizələr aparılır".

Bunu açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu gün istər sosial şəbəkələrdə, istərsə də elektron kütləvi informasiya vasitələrində, çap mediasında və s. zorakılığa, təxribata, işğalçılıq siyasətinə çağırış bu birmənalı şəkildə öz rüşeymində vurulmalıdır: "Bu ləğv olunmalıdır. Bu gün məlum məsələdir ki, Azərbaycanda sosial şəbəkələrdə həddindən artıq gənclər var. Onların birmənalı şəkildə məqsədi bu gəncləri nəyin bahasına olursa-olsun bu terror təşkilatlarına cəlb etməkdir. Təbii ki, bunun da bir sıra metodları var. Əsasən insan yorğun, ac, yuxusuz olanda bu metoddan istifadə edirlər. Artıq bunun qarşısının alınması istiqamətində bir sıra addımlar atılır. Təbii ki, burada psixoloqlar işləməlidir və xüsusi xidmət orqanları tam şəkildə buna nəzarət etməlidir. Yəni bunun qarşısı alınmasa çox böyük fəsadlar verir. Ona görə də sosial şəbəkələrə nəzarət etmək və belə məsələlərin qarşısını almaq məqsədə uyğun bir prosesdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31