Mehman İsmayılov: “Azərbaycan tarixən dostluğun məkanı olub”

"İslam dini insanların şəxsiyyəti, kamilləşməsi və insanın mənliyinin ucaltması ilə bağlı prinsiplər məcmusu olan bir dindir. Belə bir dini hər hansı bir pərdə altında hansısa bir anti-Azərbaycan təbliğatının vasitəsinə çevirmək əlbəttə ki, hər şeydən əvvəl o dinin özünə qarşı hörmətsizlikdir".

Bunu  açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

"Hətta deyərdim ki, o dinin məsnublarına qarşı böyük bir hörmətsizlikdir. Azərbaycan tarixən dini-milli ənənələrin, tolerantlığın, dostluğun, qardaşlığın məzhəblərarası, dinlərarası, millətlərarası dostluğun məkanı olub. Təbii ki, bu gün də bu inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahədə yürütdüyü siyasət əlbəttə ki, bu ənənələrin daha da güclənməsinə, inkişaf etməsinə gətirib çıxarıb. Ona görə də Azərbaycan vətəndaşı olaraq bizim üzərimizə düşən əsas vəzifə odur ki, din pərdəsi altında insanların dini duğularından istifadə edərək onu alət edənlərin oyununa gəlməməkdir və dövlətimizin, dövlətçiliyimizin arxasında möhkəm birləşməkdir"-deyə, Fondunun icraçı direktoru fikrini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31