DİN pərdəsi altında ictimai, siyasi sabitliyi pozmağa cəhd edilir - ŞƏRH
16 İyul 2018 14:06 SiyasətMübariz Qurbanlı: "Onlar bu işə xarici qüvvələr tərəfindən sövq edilir"
İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə "Media: dini radikalizmlə mübarizə" mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək radikal dini qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub. O, son günlər ölkədə bir qrup şəxsin təxribat törətməsindən və bəzi media nümayəndələrinin onların sosial şəbəkə üzərindən çağırışlarına qeyri-həssas yanaşmasından narahatlığını bildirib: "İqtisadi, siyasi, ictimai sabitlik bütün ölkələr üçün olduğu kimi bizik üçün də vacibdir. Sabitliyin qorunmasında hüquq mühafizə orqanları, medianın rolu çox vacibdir. Biz medida milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir". Onun sözlərinə görə bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai siyasi sabitliyi pozmağa cəhd edirlər: "Din amilindən istifadə edərək ictimai, siyasi sabitliyi pozamağa cəhdləri zaman- zaman hiss edirik. Son dövrlər bu məsələ qabarıq şəkildə özünü göstərir. Azərbaycanda din həssas mövzudur, əhalinin 96 faizi islam dininə inanır. Bu terroru törədənlərin ailələri, özləri araşdıranda onların dinə aid olmadığı görünür. Onlar bu işə xarici qüvvələr tərəfindən sövq edilir. Müxtəlif ziyarətgahlara aparılır, fotolar yayılır bununla da əməllərini din adı altınd törətməyə çalışırlar. Bu qruplara qarşı hüquq-mühafizə orqanları araşdırma aparır. Bunu araşdıranda həmin şəxslərin müəyyən qruplarla əlaqəsi görünür". M.Qurbanlı medianın bu mövzuları işıqlandırmasında da diqqət edilməli olan məqamlara da toxunub: "Hər dəfə bu mövzudan yazanda bunu dini radikal qruplar yazmağa ehtiyac yoxdur. Beynəxalq mediada yanlış olaraq islamla teror birlikdə səsləndirilir. Bu gün biz də bu cür terror hadisələrini islamla əlaqələndirməklə islamı terrorla bağlamış oluruq. Din adı altında gizlənən qruplar ifadəsini işlətsək daha doğru olar. Dinin arxasında radikal sözü gəlirsə, o heç zaman din ola bilməz.Dinin çağırmadığını dinə bağlamaq doğru deyil İŞİD-i geniş şəkildə təhlil etsək onun da dinlə bağlı olmadığını görərik. Dini tam inkar edən ateitlər cəmiyyətimizdə çox deyil. Apardığımız monitorinqlər nəticəsində məlum olur ki, Gəncə əhalisinin 4 faizi dini ayinlərin icrasında iştirak edirdi. Bunun səsləndirməyimin səbəbi Gəncədəki hadisələrin dinə bağlı insanların çox olması ilə əlaqələndirilməsidir.Halbuki digər regionlarda dinə bağlı, dini ayinləri icra edənlərin sayı daha çox olur. Mediada bu mövzulara toxunanda əsl dini dəyərlə bunu bürünən ekterimizsrt qurpları ayırmalıyıq".
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, bu gün sosial şəbəkələrdə Azərbaycandan 3 milyona qədər istifadəçi var və çox təəssüf ki, dövlətə qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər: "Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil. Mühüm layihə olan TANAP-ın həyata keçirilməsindən sonra bu hadisələrin baş verməsi insanı nələrisə düşünməyə vadar edir. Baş verən hadisələrin islam dini ilə əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışan insanlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qurublar". Onun sözlərinə görə, Gəncə hadisələrin daha çox xaricdən idarə olunan saytlarda kifayət qədər şişirdilməsi insanlarda bu məsələnin arxasında müəyyən mərkəzlərin olduğunu düşünməyə əsas verir: "XXI əsr ictimai siyasi həyatda yeni istiqamətlər yarandı. Ərəb ölkələrində baş verən hadisələrdə social şəbəkələrin rolunu görürük. Son dövrlər Azərbaycanda baş verən hadisələrdə də sosial mediada müzakirələri müşahidə edirik. Təəssüf ki, Azərbaycanla bağlı bir sıra neqativ məqamlar məhz sosial şəbəkələrdə yayılır. Kiçik dini qrupların Azərbaycanla bağlı niyyətləri bəllidir. Onların Azərbaycan ictimai siyasi həyatına təsiri çox zəifdir. Baş verən son hadisələrdə islam dininindən istifadə edən qrupların fəaliyyət göstərdiyini unutmamalıyıq. Xaricdə yaşayan qüvvələr müxtəlif yollarla Azərbaycanda ictimai-siyasi birliyi pozmağa çalışırlar". Millət vəkili Fazil Mustafa dövlət-din münasibətlərinə toxunaraq bir sıra təkliflər səsləndirib. O, din mövzusunda bəzi məsələlərin mediada açıq qabardılmasını təqdir edərək bildirib ki, bununla mətbuat dini məsələyə diqqət və qayğı ilə yanaşan dövlətə dəstək vermiş olur. "APA Holding"in prezidenti Vüsalə Mahirqızı bəyan edib ki, milli və dini vəhdət sabitliyin zəmanətidir: "Məhz buna görə qarşıdurma yaratmaq istəyənlər bu incə amili nəzərə alırlar, çünki ölkə olaraq bizim hazırda ən böyük sərvətimiz sabitliyimizdir. Sabitliyin isə əsas qarantı milli və dini vəhdətdir. Biz media olaraq bu vəhdətin təbliği üçün neyləməliyik? Medianın doğru məlumatlandırması üçün əsas məsələ informasiya təminatıdır. Ümumiyyətlə, son hadisələrlə bağlı informasiya təminatı yaxşı oldu. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı geniş müsahibələrlə hadisənin mahiyyəti barədə cəmiyyəti məlumatlandırdı". V. Mahirqızı qeyd edib ki, bəzən media prosesləri təqdim edərkən yanlış ifadələr seçir: "Məsələn, dindar-dövlət münasibətləri barədə danışmaq və ümumiyyətlə, bu cür təqdimat yanlışdır. Var din-dövlət münasibətləri və vətəndaş-dövlət münasibətləri. Dindar da vətəndaşdır və onu digərlərindən ayırmaq lazım deyil. Təxribat törədənlərin və terror törədənlərin isə ümumiyyətlə, dini kəsimə heç bir aidiyyəti yoxdur, onlar ekstremistlərdir". V. Mahirqızının sözlərinə görə, Gəncə olayları da göstərdi ki, ölkədə yetkin media var. O, sosial şəbəkələrdə təxribat tipli çağırışlara toxunaraq bildirib ki, bunların çoxu xaricdən qaynaqlanır: "İki il əvvəl, aprel hadisələrində də gördük ki, sosial şəbəkələrdə saxta profillərlə edilən çağırışların ünvanları əsasən işğalçı ölkə ilə bağlıdır. İndi kim deyə bilər ki, sosial şəbəkələrin Azərbaycan seqmentində təxribatçı paylaşımlar edənlərin çoxu başqa bir qonşu dövlətin emissarları deyil?" "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, terror aktlarını törədənlərin Allahu -əkbər ifadəsini işlətməsi təsadüfi deyil. Məqsəd terror islamla əlaqələndirməkdir: "Beşinci kalon üzvləri, eksterimist qüvvələr din pərdəsi adı altında sabitliyi pozmağa çalışırlar. Bu qüvvələr zaman-zaman gündəmə gəlirlər. Ölkədə sabitlik iqtidarla xalq arasında birlik olmayanda pozulur. Lakin ölkəmizdə xalq iqtidar birliyi var. Azərbaycan xalqı öz prezidentindən razıdır. 15 il əvvəlki həyatımızla bu günü müqayisə edəndə bunu daha yaxşı anlayırıq. Lakin Azərbaycanın müstəqilliyini istəyən qüvvələr çoxdurmu? Ölkəmizdə sabitliyin pozulmasını istəyənlər din pərdəsindən istifadə edirlər. Prezidentin İlham Əliyev Gəncə hadisələrindən sonra hüquq -mühafizə orqanları rəhbərləri ilə keçirdiyi konfransda da açıq şəkildə bildirdi ki, "Bu əməlləri törədənlərin heç biri mçüsəlman deyil". Qan tökən, qardaşına əl qaldıran müsəlman ola bilməz". Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və digərləri mövzu barədə fikirlərini bölüşüblər. Sonda dini mövzuları işıqlandıran bir qrup jurnalist mükafatlandırılıb.
Alim