Rüsumların artırılmasını nəzərdə tutan layihə MM-in gündəliyindən çıxarılıb
Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar keçirilən plenar iclasının gündəliyinə daxil edilən 23 qanun layihəsindən biri çıxarılıb.
12 İyun 2018 13:06 SiyasətMilli Məclisin iyunun 12-də keçirilən növbədənkənar keçirilən plenar iclasının gündəliyinə daxil edilən 23 qanun layihəsindən biri çıxarılıb.
"Olaylar" xəbər verir ki, bu "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsidir. Konkret olaraq Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumunun artırılmasını nəzərdə tutan layihə Milli Məclisin gündəliyindən çıxarılıb. Sözügedən qanun layihəsi Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumlarının və digər xidmətlərin rüsumlarının artırımasını nəzərdə tutur.