AntiAzərbaycan dairələrin sərəncamında duranlar

Radikal müxalifət bütün siyasi fəaliyyətini ölkəmizin imicini ləkələməyə yönəldib

Radikal müxalifət bütün siyasi fəaliyyətini ölkəmizin imicini ləkələməyə yönəldib

Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması prosesi davam etməkdədir. Belə ki, demokratikləşmə prosesinin təməlini təşkil edən insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatlar həyata keçirilməkdədir. Vətəndaşların fundamental hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlər beynəlxalq ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. Etiraf edilməlidir ki, Azərbaycanda bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və görülən işlər hazırda öz müsbət nəticəsini verməkdədir. Lakin, görünür Azərbaycanın artan beynəlxalq inici kimlərisə narahat etməkdədir. Məsələ orasındadır ki, Azərbaycanın günü-gündən inkişaf etməsi "sapı özümüzdən olan baltaların" kürkünə birə salıb. İşin ən acınacaqlı tərəfi budur ki, özlərini antiAzərbaycan dairələrinə, xüsusən də Ermənistan lobbisinə, işğalçı dövlətin xüsusi xidmət orqanlarına təslim edən bu xainlər ölkəmizə qarşı haqsız iddialarla çıxış edirlər. Müxalifət təmsilçilərinin son aylardakı fəaliyəti deməyə əsas verir ki, bu kəsim kütləvi şəkildə antiAzərbaycan dairələrin sərəncamında çalışırlar. Azərbaycana, onun haqq davasına qarşı ən qəddar düşmən mövqedə duranların sifarişini icra edən müxalifət liderləri bütün siyasi fəaliyyətlərini ölkəmizin imicini ləkəməyə yönəldiblər. Bunun bariz nümunəsi əsası Moskvada qoyulan, hazırda isə ölkəmizdə hakimiyyət uğrunda mübarizə aparan, Azərbaycana qarşı ikinci cəbhə açan xəyanət kadrosunun ən parlaq simalarından biri də Milli Şura, onun faktiki liderləri Cəmil Həsənli və Əli Kərimlidir. Çoz təəssüf ki, özlərini radikal müxlifət adlandıran kəsim xaricdən aldıqları sifariş əsasında ölkədə  məkrli oyunlar qurmaq, çirkli ssenarilər hazırlamaqla məşğuldurlar. Daha dəqiq, nəzarət etdikləri internet resursları vasitəsilə hakimiyyətə dolayısı ilə təsir etmək, informasiya müstəvisində yalanlar yayaraq etnik zəmində qarşıdurmalar yaratmaq və belə diversiyalar vasitəsilə Azərbaycanı zəiflətmək istəyirlər. Elə bu səbəbdən də radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edir, öz ənənəsinə sadiq qalaraq yenə antiazərbaycançı mövqe nümayiş etdirirlər. Lakin mövcud ictimai-siyasi vəziyyət, real faktlar deməyə əsas verir ki, demokratiya ilə heç bir əlaqəsi olmayan qaragüruhun bu istəyinə nail olması qətiyyən mümkün deyil. Məsələ burasındadır ki, son illərdə Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, öz sosial bazasının 90-95 faizini itirdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini öz gözləri ilə görən hansı azərbaycanlı bu dəstənin dalınca gedər? Məgər insanlar görmürlərmi ki, adı müxalifət olan bu dəstədə son illərdə nəinki bir irəliləyiş və ya inkişaf yoxdur, hətta, 1993-cü il səviyyəsindən də qat-qat aşağı səviyyəyə düşüblər. Bugünkü Azərbaycan müxalifətinin "aparıcı simalarını" yada salmağa, təqdim etməyə ehtiyac yoxdur. Xalq AXCP-çilərin də, müsavatçıların da rəhbərlərini çox yaxşı tanıyır. Mövcud olduqları 15-20 ildə dəfələrlə parçalanıb bir o qədər də birləşən bu partiyaların "dəyanəti" də, "mətanəti" də, "siyasi prinsipiallığı" da hamıya çox yaxşı məlumdur. Əslində, AXCP-ni və ya Müsavatı qınamaq doğru deyil. Çünki bu siyasi təşkilatların rəhbərliyində lider yoxdur və heç zaman olmayıb. Yalnız hakimiyyət hərisliyi kimi iyrənc bir xüsusiyyətə malik olan belə "lider"lərin arxasınca təbii ki, heç kim getmz. Məhz bu kimi amillərdən soaial bazasını tamamilə itirmiş radikal müxalifət yenə də böyük təşviş içindədir. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Müxalifətin son aylardakı fəaliyyəti deməyə əsas verir ki, Azərbaycanı ərəb ölkələrinin gününə salmaq istəyən bir siyasətə start verilib. Bu kimi addımlar növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib.  Əli Kərimli, Arif Hacılı və digər radikal müxalifət təmsilçiləri yenə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə radikal müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa hazırdır. Amma Azərbaycan oturuşmuş, güclü iqtisadiyyata və orduya malik, öz dəsti-xətti ilə fərqlənən müstəqil bir dövlətdir. Hər zaman düşmənin belə təxribatlarının qarşısına qətiyyətlə alıb və bundan sonra da alacağına heç kim şübhə edə bilməz. Ölkə ictimaiyyətinin birmənalı fikri ondan ibarədir ki, onların Azərbaycanda xaos, anarxiya, hərc-mərclik yaratmaq arzusu iflasa məhkumdur.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31