Dövlət maraqlarını maddi təminatlarına qurban verənlər

Radikal müxalifət xarici dairələrə satılıb

Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada özünü radikal müxalifət kimi təqdim edən AXCP, "Müsavat" və Milli Şura kimi radikal siyasi qruplaşmalar daha canfəşanlıq edir. Baxmayaraq ki, dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanır, ancaq onlar öz antidövlət fəaliyyətlərini davam etdirirlər. Çox təəssüf ki, bu fəaliyyət anti-Azərbaycan dairələrin diktəsi ilə həyata keçirilir. Son zamanlar qondarma Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının antiAzərbaycan fəaliyyəti radikal müxalifətin hansı məqsədlər və prinsipləə xidmət etdiyini açıq şəkildə ortaya qoyub. Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən Azərbaycan əlehinə fəaliyyət göstərməklə bağlı tapşırıq alıblar. Bu isə ona dəlalət edir ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin "siyasi alət"i qismində çıxış edirlər. Ümumiyyətlə, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Həyata keçirməyə cəhd etdikləri çirkin əməllərlə insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq nümayiş etdirirlər. Daha dəqiq desək, radikal müxalifət qarşıdurma və dağıdıcılıq əməlləri sərgiləməklə məşğuldur. Çox təəssüf ki, bu çirkin oyuna radikal islamçıların da cəlb edilməsi faktlar sırasındadır. Daha acınacaqlı hal odur ki, radikal dindarlar adı altında qadın və gənclər, hətta azyaşlı uşaqlar siyasi alverçilərin maddi maraqlarının qurbanlarına çevrilirlər. Siyasi ekspertlərin qənaətinə görə, radikal müxalifətin antiAzərbaycan fəaliyyəti bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir. Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini müəyyən xarici qüvvələrin maraqları üzərində qurduğundan ilk növbədə vətəndaş etinasızlığı ilə qarşılanır. Digər tərəfdən, radikal ünsürlər istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən uğurli sosial-iqtisadi siyasətə ləkə yaxmağa çalışır. Qətiyyətlə demək olar ki, onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdırlar. Paralel olaraq dağıdıcı düşərgə təmsilçiləri radikal qruplaşmaları, separatçıları, hətta terroristləri dəstəkləməklə öz siyasi simalarını aşlkar şəkildə ortaya qoyurlar. Təsadüfi deyil ki, radikal müxalif qruplaşmalarının antimilli ünsürləri nəzarətlərində olan media vasitələri elə, eləcə də sosial şəbəkələrdə dövlət atributlarını təhqir etməkdən belə çəkinmirlər. Bununla da onlar Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib ölkəmizi istəməyən dairələr, daha doğrusu erməni lobbisi ilə həmrəy olduğunu açıq göstərmiş olurlar. Əslində "Milli şura"da cəm olmuş radikal düşərgə nümayəndələrinin antiAzərbaycan mövqedən çıxış etmələri təəccüblü görünmür. Bundan öncə dəfələrlə məlum olub ki, dağıdıcı düşərgə, xüsusilə də radikal müxalifət partiyalarının təmsilçiləri erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edib və ən ifrat daşnaklardan belə artıq ermənilik ediblər. Buna baxmayaraq, radikal müxalifət bəzi xarici qüvvələrin maddi və mənəvi dəstəyi ilə hakimiyyətə gəlmək eyforiyasından əl çəkmir. Məhz bu kimi fəaliyyətin nəticəsidir ki, Azərbaycan cəmiyyəti radikal müxalifətə etimad göstərmir. Xalqın dəstəyini qazana bilməyən müxalifət birmənalı şəkildə xarici havadarlarına üz tutub. Çox təəssüf ki, bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaq lazımdır. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad etmir. Görütü ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyindən əziyyət çəkən radikal müxalifət dövlətin kiminsə boyunduruğu altında yaşamasına hər cür yardım etməyə hazırdır. Məhz bu səbədən də nəyin bahasına olursa olsun dövləti gözdən salmağa çalışırlar. Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31