Qırğızıstanlı səfir Karlovun ölümü ilə bağlı ifadə verəcək?- “BUNA HAZIRAM”
İbrahim Junusov qanlı olayın normallaşmış Türkiyə-Rusiya münasibətlərinə qarşı təxribat olduğu qənaətindədir
20 Dekabr 2016 11:01 Siyasətİbrahim Junusov qanlı olayın normallaşmış Türkiyə-Rusiya münasibətlərinə qarşı təxribat olduğu qənaətindədir
Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov bildirib ki, lazım olarsa, o Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı istintaqa ifadə verə bilər. Junusov bunu ölkəsinin "24" informasiya agentliyinə hadisə barədə danışarkən bəyanat verib.
"Əgər lazım olarsa, mən hadisə barədə Türkiyənin istintaq orqanlarına ifadə verə bilərəm" -deyə qırğız diplomat bildirib.
Diplomat deyib ki, atəş səsləri eşidilən kimi rəsm sərgisi salonuna toplaşmış insanlar dərhal yerə yatdılar: "Terrorçu atəş açaraq "Allahu Əkbər!" qışqırırdı. O, silah sandığındakı bütün güllələri boşaltdı".
İbrahim Junusov həmçinin bildirib ki, "sərginin açılışı mərasimi zamanı terrorçu arxada dayanmışdı və pencəyinin yaxalığında xüsusi nişan parlayırdı, ona görə də biz belə düşündük ki, o mühafizədəndir".
Qırğızıstanlı səfir hadisənin məlum təyyarə olayından sonra yenicə normallaşmış Türkiyə-Rusiya münasibətlərinə qarşı təxribat olduğunu da istisna etməyib. Sia.az