ABŞ Milli Kəşfiyyatının rəhbəri istefa verdi - Trampla işləmək istəmir
18 Noyabr 2016 08:39 SiyasətABŞ Milli Kəşfiyyatının rəhbəri Ceyms Klepper istefa verib.
O, bu barədə Kəşfiyyat Komitəsinin Nümayəndələr Palatasının iclasındakı çıxışı zamanı bildirib.
"Dünən gecə istefa ilə bağlı qərara gəlmişəm və bu qərarımdan da təəssüflənmirəm. 64 gün,yəni prezident Barak Obamanın postunu təhvil verəcəyi günə qədər işləyəcəyəm", - C. Klepper söyləyib.
Onun bu addımı ABŞ-ın 45-ci prezidenti Donald Trampla işləmək istəmədiyi ilə əlaqələndirilir.
Qeyd edək ki, Ceyms Klepper bu posta 2010-cu ilin avqustunda təyin olunub./qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31