Nikoloski: "Azərbaycanla Venesiya komissiyasının əməkdaşlığına ümid edirik"

Konstitusiyaya əlavə və dəyişikliklərin tərəfdarlarının və əleyhdarlarının kampaniya keçirmək imkanı olub.  Məlumata görə, bunu AŞPA-nın Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski ilkin rəyi açıqlayarkən deyib.

Onun sözlərinə görə, iki ay ərzində seçkilərin əlavə qiymətləndirilməsi olacaq. O, həmçinin konstitusiya edilən əlavə və dəyişikliklərlə bağlı Azərbaycan hökumətinin Venesiya komissiyasına müraciət etməməsindən təəssüfünü bildirib: "Nümayəndə heyəti AŞPA Bürosunun Venesiya komissiyasına rəy verməsi üçün müraciətini alqışlayır. Biz Azərbaycan hökumətini konstitusiyaya hər hansı dəyişiklikərlə bağlı Venesiya komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq. Ümid edirik ki, Azərbaycan hökuməti bütün aspektlərdən Venesiya komisiyasının rəyinə hörmətlə yanaşacaq".

O, bəzi fəalların azadlığa buraxılmasını da alqışlayıb: "Məhkəmə prosesinin müstəqilliyinə müdaxilə etmək bizim mandatın bir hissəsi deyil, lakin biz Azərbaycan hökumətinin bəzi aktivistlərin azadılığa buraxılması ilə bağlı qərarını alqışlayırıq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31