Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başlayıb 

Paytaxt Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX-2016”nın rəsmi açılış mərasimi başlayıb. Məlumata görə, açılış mərasimində müdafiə sənayesi naziri Yavər Camalov, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, baş nazirin müavini Yaqub Eyyubov, Türkiyənin müdafiə naziri Fikri İşıq, digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici qonaqlar iştirak edir.

Paytaxt Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX-2016"nın rəsmi açılış mərasimi başlayıb. Məlumata görə, açılış mərasimində müdafiə sənayesi naziri Yavər Camalov, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, baş nazirin müavini Yaqub Eyyubov, Türkiyənin müdafiə naziri Fikri İşıq, digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici qonaqlar iştirak edir.
"ADEX-2016" sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən "ADEX-2016" sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31