Yeni dönəm başlayır
26 sentyabr referendumu ölkəmizin tarixində mühüm hadisə oldu. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Veridyev səsləndirib.
27 Sentyabr 2016 12:03 Siyasət26 sentyabr referendumu ölkəmizin tarixində mühüm hadisə oldu. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Veridyev səsləndirib. O, bildirib ki, olduqca böyük bir hadisənin, tarixi gedişatın şahidi olduq və artıq Azərbaycanda yeni dönəm başlayır: "Xalqımız bir daha sağlam mövqe ortaya qoymuş oldu. Hesab edirəm bundan sonra ölkəməzidə müxtəlif sahələrdə ciddi islahatlar başlayacaq. Dünyada baş verən gərginliklər fonunda ölkəmizdə çevik idarəetmə sisteminin yaradılması zəruri idi. Azərbaycanda olduqca mühüm seçki ənənəsi formalaşıb. Referendum bunu bir daha təsdiq etmiş oldu. Əminəm ki, məlum istiqamətlərdə islahatlar ən tez bir zamanda başlayacaq və xalqımız referendumun əhəmiyyətini bir daha real olaraq hiss edəcəkdir".