Finlandiyalı müşahidəçi: "Referendum xalqın iradəsini əks etdirir"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət Müşahidə Qrupunun mətbuat konfransı keçirilib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət Müşahidə Qrupunun mətbuat konfransı keçirilib.

APA bildirir ki, 4 nəfərlik qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen bildirib ki, referendumla bağlı səsvermə prosesini müşahidə ediblər: "Konstitusiyaya dəyişiklərinin məzmunu və legitimliyini araşdırdıq. Bu, suveren Azərbaycan dövlətinin qanunvericiliyinə uyğundur. Dəyişikliklər ölkədə idarəçilik sisteminin gücləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir".
 
İki Seçki Dairəsi üzrə 10 məntəqədə müşahidə apardıqlarını deyən natiq əlavə edib ki, səsvermə prosesi texniki və təşkilatı baxımdan yüksək səviyyədə olub: "Məntəqələrdə seçici aktivliyi yüksək olur və səsvermə dinc şəraitdə keçirilib. Polis və icra orqanları  əməkdaşlarının heç bir müdaxiləsi müşahidə olunmayıb. Hər kəs səsverməyə gələrək rahat şəkildə hüququndan istifadə edib. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum tam legitimdir, xalqın iradəsini müstəqil şəkildə əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31