“Opinion Way”: Referendumda seçici fəallığı 66,8% olub
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.
26 Sentyabr 2016 19:51 SiyasətFransanın "Opinion Way" Tədqiqatlar İnstitutunun "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, "exit-poll" tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.
Bildirilib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% "bəli", icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% "bəli" və Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə "88,8" "bəli" cavabını verib.