Deputatımız parlamentlərarası forumda iştirak edəcək

Sentyabrın 26-27-də Qazaxıstanın Astana şəhərində Parlamentlərarası Forum keçiriləcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, Forumda Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək.

Sentyabrın 26-27-də Qazaxıstanın Astana şəhərində Parlamentlərarası Forum keçiriləcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, Forumda Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək. İSESKO və YUNESKO tərəfindən birgə təsis edilmiş forumda parlamentarilər, siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Tədbirdə üzv dövlətlərdə elm, texnologiya və innovasiyalar sahəsində idarəçiliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılacaqdır.
Deputat Bəxtiyar Əliyev müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31