Britaniyalı parlamentarilər: "Hər hansı qanun pozuntusu ilə qarşılaşmamışıq" - YENİLƏNİB
Bunu Trend-ə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.
26 Sentyabr 2016 11:51 SiyasətSəhər saatları olmasına baxmayaraq, biz seçki məntəqələrində seçiçilərin sayının getdikcə artdığını görürük
Bunu Trend-ə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.
D.Morrisin sözlərinə görə, olduqları seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda keçirilən seçki çox yaxşı planlaşdırılıb: "Seçkinin təşkili bizdə çox xoş təəssürat yaradır. Seçici fəallığı artır".
Artıq 5 seçki məntəqəsində seçki prosesini izlədiyini deyən D.Evans bildirib ki, indiyədək məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlinməyib. Bütün prosedurlar qanuna uyğun şəkildə icra edilir.
***
Olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmadıq.
Bunu APA-ya açıqlamasında Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvüDavid Morris deyib.
Hazırda 18 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçi bildirib ki, artıq 4-cü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edir: "Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq".
Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir".